Naxçıvana mənfi imicli nazir göndərildi: Bu, islahatdır?

GÜNDƏM bölməsi

15:35 - 29 Dekabr 2022

 Naxçıvana mənfi imicli nazir göndərildi: Bu, islahatdır?

Naxçıvana yeni polis şefinin təyinatı ilə bağlı bir neçə nüans diqqətimi çəkdi.

Yenipress.az xəbər verir ki, bu barədə ekspert Heydər Oğuz qeyd edib.

O bildirib ki, əvvəla, digər strukturlardan fərqli olaraq Naxçıvan MR DİN ləğv edilib, yerinə Baş İdarə yaradılmadı:

İkincisi, yeni nazirin təyinatı ölkə rəhbəri İlham Əliyev tərəfindən yox, reputasiyası Vasif Talıbovdan çox da fərqlənməyən Azər Zeynalov (Ali Məclis sədrinin birinci müavini, sədr səlahiyyətlərini icra edir – red.) tərəfindən edildi.

Üçüncüsü, Naxçıxan MR-in yeni daxili işlər naziri Süleyman Əsgər oğlu Neymətovun özü də yaxşı reputasiyaya malik biri deyil. Azərbaycan ictimaiyyəti bu adamı kobud davranışları ilə yaxından tanıyır.

“Açığı, bu təyinatın İlham Əliyevin Naxçıvanda apardığı islahatlara nə qədər dəxli olub-olmadığı bəzi suallar doğurur. Mümkündür ki, MR DİN-də İlham Əliyevin düşündüyü əsl struktur və kadr islahatları hələ aparılmayıb və yaxın günlərdə yeni sürpriz qərarlarla qarşılaşa bilərik”, - o vurğulayıb.

Yenipress.az

Xəbər xətti