Arutyunyanın Rusiyaya səfərinə səfirlikdən - Reaksiya

SİYASƏT bölməsi

15:19 - 10 Fevral 2022

 Arutyunyanın Rusiyaya səfərinə səfirlikdən - Reaksiya

Özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı aşağıdakıları bildiririk.

Bu barədə Yenipress.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

"Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlmiş və burada bəzi soydaşları ilə görüşmüşdür.

Qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməmişdir.

Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir", - məlumatda qeyd olunub.

Xəbər xətti