Naxçıvana yeni daxili işlər naziri təyin olundu - Sərəncam

GÜNDƏM bölməsi

21:07 - 28 Dekabr 2022

 Naxçıvana yeni daxili işlər naziri təyin olundu - Sərəncam

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Yenipress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Digər sərəncama əsasən isə Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad olunub.

Xəbər xətti