İlham Əliyev Qarabağdan sonra Naxçıvanı azad etdi

GÜNDƏM bölməsi

22:08 - 21 Dekabr 2022

 İlham Əliyev Qarabağdan sonra Naxçıvanı azad etdi

Prezidentin Qarabağı azad etməsindən sonra ikinci böyük qələbəsi Naxçıvanda Vasif Talıbov imperiyasına son qoymaq oldu.

Yenipress.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.

O, bundan sonra Naxçıvanda baş verəcək dəyişiklikləri bu cür sıralayıb:

1. Talıbovun əlindən qaçmış naxçıvanlılar öz vətənlərinə geri dönəcəklər;

2. Naxçıvanda azad sahibkarlıq üçün imkanlar yaradılacaq, artıq “hər şey Vasif Talıbov üçün” erası bitdi;

3. Zəngəzur dəhlizinin Naxçıvandan keçən hissəsində artıq işlər başlayacaq, Vasif Talıbov izn vermirdi, nəticəsini gördü;

4. Şərlənmiş yüzlərlə insanın haqları bərpa olunacaq;

5. Naxçıvanda keçmiş MTN sistemi bitəcək, insanlar azad nəfəs alacaqlar;

6. Onun yetişirdiyi yüzlərlə yaltaq ordusu daha Naxçıvanda ağalıq edib, heç kimi şərləməyəcək;

7. Yeni iş yerləri yaradılacaq;

8. Sərhədlərdə olan qadağalar aradan qalxacaq. İnsanlar rahat şəkildə ölkəni qorxsuz tərk edib, evlərinə bazarlıq edə biləcəklər;

9. İnsanların asudə vaxtı keçirməsi, hüzr və xeyir işlərdən daha Talıbovçular faiz almayacaq;

10. Naxçıvan Vasifin istəyinə uyğun olaraq daha blokadada qalmayacaq;

11. Ailə və qohumluq üzərində qurulan hakimiyyətlərinə son veriləcək;

12. Naxçıvan özünü daha Azərbaycan kimi hiss edəcək;

13. İran və Rusiyanın ordakı kəşfiyyat orqanlarının, PKK-nın fəaliyyətinə son qoyulacaq;

14) Naxçıvanda artıq QORXU, TERROR, TƏHLÜKƏ, ŞANTAJ bitdi;

15. Azərbaycanı parçalamaq və Naxçıvanı Azərbaycandan almaq istəkləri gözlərində qaldı…

Yenipress.az

Xəbər xətti