Əli Həsənov Qətərə getmək istədi, hava limanından geri qaytarıldı

TOPLUM bölməsi

01:45 - 20 Dekabr 2022

 Əli Həsənov Qətərə getmək istədi, hava limanından geri qaytarıldı

Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun ölkədən çıxışına qadağa qoyulub.

Yenipress.az Demokrat.az-a istinadla xəbər verir ki, keçmiş şöbə müdiri bir neçə gün öncə Qətərdə keçirilən futbol üzrə dünya çempionatını izləmək Dohaya səfər etmək istəyib. Lakin hava limanında Əli Həsənovun uçuşuna icazə verilməyib.

Ehtimala görə, Əli Həsənov Qətərdən Dubaya getməyi və Azərbaycana geri qayıtmamağı planlaşdırıbmış.

Qeyd edək ki, Əli Həsənovun övladları ölkə xaricində biznes fəaliyyəti ilə məşğuldur. Hazırda Əli Həsənovun oğlu ABŞ-da, qızı isə Dubayda yaşayır.

Xəbər xətti