Naxçıvan-Ermənistan sərhədində Rusiya helikopteri Vasif Talıbovun göstərişi ilə vurulub - Sensasion iddia

SİYASƏT bölməsi

17:04 - 19 Dekabr 2022

 Naxçıvan-Ermənistan sərhədində Rusiya helikopteri Vasif Talıbovun göstərişi ilə vurulub - Sensasion iddia

Müharibə vaxtı Vasif Talıbovun necə böyük xəyanət içinə girdiyini yaxşı bilirik. 9 noyabr 2020-ci ildə – müharibə rəsmən bitən gün – Naxçıvan-Ermənistan sərhədində Rusiya helikopterinin vurulması hadisəsi hər kəsin yadındadır. Rusiya məxsus Mi-24 hərbi helikopteri Vasif Talıbovun göstərişi ilə vurulmuşdu. Rusiya bunu bəhanə edərək Qarabağa girdi.

Yenipress.az xəbər verir ki, bu sözləri Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz Globalinfo.az-a geniş müsahibəsi zamanı deyib.

“O zaman Azərbaycan tərəfi Rusiyadan o ana görə üzr də istəmişdi. Rusiya nəyə görə kim tərəfindən vurulduğunu tələb etmədi? Çünki onu vuran adam rusa qulluq edirdi. Məqsəd o idi ki, Rusiya gəlib otursun Qarabağda. Bütün bunlar onu deməyə əsas verir ki, Vasif Talıbov rusun adamıdır.

İndi şükür Allaha, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra geosiyasi vəziyyəti də dəyişdi. Ukraynada Rusiyanın ağır məğlubiyyətə uğraması istər-istəməz rusun müəyyən qədər bölgədən çəkilib getməsinə səbəb oldu və Rusiyanın avtoritar rejiminin çöküşü başladı.

Onun yeri bizim bölgədə yeni qüvvələr tərəfindən doldurulur. NATO-Qərb tandemi, Türkiyə, İsrail və sair artıq bizim bölgədə daha çox möhkəmlənib. Bu yeni qüvvələr də istər-istəməz köhnələri vurub sıradan çıxarır. Azərbaycan  Rusiyanın zəifləməsindən istifadə edib, içindəki ruspərəstləri yola salır. Naxçıvanda aparılan əməliyyatların başlıca səbəblərindən biri də budur”, - deyə o əlavə edib.

Yenipress.az

Xəbər xətti