Natiq Cəfərli maşınını itirdi, məsələyə polis qarışdı – Qəribə olay

TOPLUM bölməsi

15:24 - 19 Dekabr 2022

 Natiq Cəfərli maşınını itirdi, məsələyə polis qarışdı – Qəribə olay

Qətərdə keçirilən Futbol üzrə Dünya Çempionatının ötən gün baş tutan finalında - Argentina-Fransa oyunundan sonra tanınmış iqtisadçı ekspert Natiq Cəfərli unudulmaz hadisə ilə üzləşib.

Yenipress.az xəbər verir ki, bu barədə Natiq Cəfərli özü məlumat yayıb.

O bildirib ki, matça Keşlə bazarının yanındakı kafedə baxıb və oyunun həyacanı altında bir-iki bakal pivə içib. Argentinanın arzuladığı qələbəsini görəndən sonra isə ayıq sürücü çağıraraq, evə getmək istəyib:

“Sürücü ilə maşını saxladığım yerə çatdıq, maşın yoxdur. Orada olan gözətçidən soruşdum, dedi ki, yəqin cərimə meydançasına aparıblar. Həmən "102"-yə zəng edib şikayət etdim, çünki o küçədə saxlamağı qadağan edən işərə yoxdur.

Heç 3 dəqiqə keçməmiş polisdən zəng gəldi, çox ədəblə məsələni soruşdular, danışdım, dedim ki, yaxınlıqdakı bölməyə və cərimə meydançasına gedirik.

Bölməyə çatdıq, çox ədəb-ərkanla qarşıladılar, operativ şəkildə polis maşını, 3 əməkdaş ayırdılar, gəldik cərimə meydançasına - maşın orda yoxdur. Polislər tez digər dayanacaqlarla, YPX əməkdaşları ilə əlaqə saxladılar - maşından xəbər yox.

Düşündüm ki, maşını oğurlayıblar.

Tez hadisə yerinə getdik, sağ olsunlar, polis işçiləri həmən istintaqa başlamağa, kameralara baxmağa qərar verdilər.

Polislərlə onların maşınında hadisə yerinə elə təzə çatmışdıq, Yoldaş Məmmədov (ayıq sürücü – red.) gülə-gülə taksidən düşdü (onlar arxada gəlirdilər) ki, maşın o biri, paralel küçədədir.

Həyəcandan maşının yerini unudub insanlara da əziyyət verdim.

Polislərə təşəkkür edib, onları məşğul etdiyimiz üçün üzr istəyib ayıq sürücü ilə evə gəldik”…

Yenipress.az

Xəbər xətti