Əli Həsənov bu sözünə görə işdən qovuldu

SİYASƏT bölməsi

12:18 - 19 Dekabr 2022

 Əli Həsənov bu sözünə görə işdən qovuldu

Konstitusiya dəyişikliyi olanda və Birinci vitse-prezidentlik institutu yaradılanda bu vəzifəni kimin tutacağı müzakirə edilirdi: Ramiz Mehdiyevin, Vasif Talıbovun və s. adı çəkilirdi. İlham Əliyev heç kəsin gözləmədiyi, çox ciddi bir gizliliklə addım atdı və Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə gətirdi, İran-Rusiya qüvvələrinə zərbə vurdu. Həmin epizoda təkrar baxa bilərsiniz: o təyinat zamanı Azərbaycanda Rusiya-İran “5-ci kolonu”nun nümayəndələrinin hamısı şoka düşdü.

Yenipress.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Reaksiya TV-yə deyib.

O bildirib ki, bundan sonra “5-ci kolon” mövqelərini gücləndirməyə girişib:

“İlk bəyanatı Əli Həsənov (Prezidentin sabiq köməkçisi, PA-nın keçmiş şöbə müdiri – red.) verdi. Əli Həsənovu Prezident ali məsləhətçi (köməkçi – red.) vəzifəsinə yüksəltmişdi. Əli Həsənovu məcbur etdilər ki, “Azərbaycanda bəzi adamlar Şirvan dövləti yaratmaq istəyir, biz buna imkan verə bilmərik, bunlar Azərbaycanı parçalamaq istəyir” bəyanatını versin. Bu sözlərin hədəfi Mehriban Əliyeva idi.

Az sonra Əli Həsənov vəzifədən azad edildi.

Ondan sonra Ramiz Mehdiyev bəyanat verdi ki, biz İlham Əliyevdən başqa kim hakimiyyətə gələcəksə, onunla mübarizə aparacağıq. Bu söz də Mehriban Əliyevaya qarşı idi.

Rusiya və İranın “5-ci kolon”u elə bir alternativ haqda düşünürdü ki, o, həm Heydər Əliyev tərəfdarlarını, həm də Naxçıvan-Ermənistan klanının maraqlarını ifadə etsin. Bunlar Heydər Əliyevin qohumu olan Vasif Talıbovun üzərində durdular”.

Yenipress.az

Xəbər xətti