Rusiya MN-in Qarabağdan gündəlik bülleteni: aksiyadan heç nə yazmadı

GÜNDƏM bölməsi

23:09 - 12 Dekabr 2022

 Rusiya MN-in Qarabağdan gündəlik bülleteni: aksiyadan heç nə yazmadı

Rusiya Müdafiə Nazirliyi Qarabağ iqtisadi rayonunun rus sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasından yaydığı gündəlik məlumat bülletenində bu gün baş verənlər barədə heç bir qeyd yoxdur.

Yenipress.az xəbər verir ki, bülletendə Azərbaycan Respublikasının toponimlərinin təhrifi və onların “ermənicə” yazılması isə davam edir.

Xatırladaq ki, “Ekoloji terrora son” şüarı ilə bu gün azərbaycanlı ekofəallar Şuşa-Xankəndi yolunda, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında aksiya keçiriblər. hazırda aksiya davam edir, ekofəallar yolda çadırlar qurublar.

Yenipress.az

Xəbər xətti