Xankəndi yoluna Azərbaycan bayraqları asıldı

GÜNDƏM bölməsi

16:40 - 12 Dekabr 2022

 Xankəndi yoluna Azərbaycan bayraqları asıldı

Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların etiraz aksiyası davam edir.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, aksiyada 500 nəfərə yaxın azərbaycanlı iştirak edir.

Aksiyaların gecə saatlarında davam edəcəyi gözlənildiyi üçün artıq Azərbaycan tərəfi həmin əraziyə işıq xətti çəkir.

Şuşada yaşayan Azərbaycan vətəndaşları da etiraz aksiyasına qoşulmağa başlayıblar.

Həmçinin Xankəndi yolunun üzərinə Azərbaycan bayraqları asılıb.

Xəbər xətti