Şuşa yolunda aksiya: Paşinyan yenə yaxasını kənara çəkdi

GÜNDƏM bölməsi

15:25 - 12 Dekabr 2022

 Şuşa yolunda aksiya: Paşinyan yenə yaxasını kənara çəkdi

Ermənistan Baş naziri Nikol Paşinyan bir daha Bakı və Xankəndi arasında “dialoq və əməkdaşlığın” zəruriliyindən bəhs edib.

Yenipress.az xəbər verir ki, Paşinyan bu barədə “Soyqırım cinayətinə qarşı” qlobal forumunda çıxış edərkən deyib.

O, bu “dialoqu” Ermənistan üçün olduqca vacib xarici siyasət adlandırıb:

“Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, o, Qarabağ əhalisinin (erməni icması nəzərdə tutulur – red.) hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır. Ancaq bu bəyanatın ünvanı beynəlxalq meydanlardır, bundan bəhrələnməli olan insanlar deyil. Azərbaycanın siqnalı Xankəndidəki Qarabağ erməniləri eşitdiyi zaman real olacaq”.

Yenipress.az

Xəbər xətti