ABŞ-ın sanksiya tətbiq etdiyi Azərbaycanın DİN polkovniki kimdir? – Şok isim

GÜNDƏM bölməsi

00:27 - 10 Dekabr 2022

 ABŞ-ın sanksiya tətbiq etdiyi Azərbaycanın DİN polkovniki kimdir? – Şok isim

ABŞ Dövlət Departamenti “korrupsiya və insan haqlarının pozulmasına görə” bir sıra ölkələrin vətəndaşlarına sanksiya tətbiq edib.

Yenipress.az xəbər verir ki, sanksiya tətbiq edilən ölkələr sırasında Rusiya, Çin, İran, Haiti, İndoneziya, Peru və Şri-Lanka ilə yanaşı, ABŞ-ın hazırda ciddi şəkildə dəstəklədiyi və müttəfiq saydığı Ukrayna və kifayət qədər yaxşı münasibəti olan Azərbaycan da var.

Maraqlıdır, Azərbaycandan kim və nəyə görə ABŞ-ın sanksiyasına düşüb?

Dövlət Departamentinin yaydığı geniş məlumatda sanksiya tətbiq edilən Azərbaycan vətəndaşının Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri olmuş polis polkovniki Kərim Heydər oğlu Əlimərdanov olduğu aydınlaşır.

K.Əlimərdanov 2015-16-cı illərdə Nardaran hadisələri zamanı “saxlanan şəxslərə işgəncə verməklə insan hüquqlarını pozduğuna görə” sanksiyaya məruz qalıb.

Zəruri olaraq qeyd edək ki, Nardaran hadisələrinin arxasında hansı ölkənin durduğu artıq kimsəyə sirr deyil. Bu olay İran tərəfindən qızışdırılan və xüsusi adamlar tərəfindən dövlətə qarşı həyata keçirilən bir akt idi.

İranda son aylar baş verənlər fonunda ABŞ Dövlət Departamentinin 7 il öncəki olayı “xatırlaması” və Azərbaycan polkovnikinin adını İranda etirazçıları güllələyən məmurlarla və yaxud Ukraynada mülki əhaliyə qarşı qətliamlar törədən Rusiya hərbçiləri ilə eyni siyahıya salması təəccüblüdür.

Xəbər xətti