Bakının 8 ermənini qaytarmasına Makrondan - Reaksiya

SİYASƏT bölməsi

16:08 - 7 Fevral 2022

 Bakının 8 ermənini qaytarmasına Makrondan - Reaksiya

Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə Fransanın dövlət başçısı Tvitterdə yazıb.

“Səkkiz erməni hərbçisi Azərbaycan tərəfindən azad edilərək Bakıdan İrəvana aparılıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəliləyirik!”, - o qeyd edib.

Xəbər xətti