Müharibə iştirakçısı qəzaya düşüb öldü

TOPLUM bölməsi

14:18 - 15 Noyabr 2022

 Müharibə iştirakçısı qəzaya düşüb öldü

Oğuz rayonunda Vətən müharibəsi iştirakçısı qəzaya düşərək həlak olub.

Yenipress.az xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Belə ki, həminin kəndin sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Səxavət Arif oğlu Atakişiyev 44 günlük müharibədə iştirak edib. O, Prezidentin sərəncamı ilə "Şuşanın azadlığı uğrunda medalı" ilə təltif olunub.

Xəbər xətti