Təmir olunan kitabxana binası “çürüyür” - Foto

TOPLUM bölməsi

12:27 - 15 Noyabr 2022

 Təmir olunan kitabxana binası “çürüyür” - Foto

Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən M.Əzizbəyov adına 95 illik kütləvi kitabxananın yerləşdiyi bina yararsız vəziyyətdədir.

Yenipress.az xəbər verir ki, bu barədə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli paylaşım edib.

N.Köçərli bildirib ki, kitabxana binası 10 il əvvəl təmir olunub:

“Ancaq istilik olmadığından, bina da, kitablar da çürüyür”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova vəziyyətdən məlumatlı olduqlarını dedi:

“O şəkilə qədər də bununla bağlı Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  tərəfindən qüsur aktı tərtib olunub. Bundan sonra tender elan edilib. Tender prosesi başa çatandan sonra orada təmir-bərpa işləri aparılacaq”.

Yenipress.az

Xəbər xətti