İlham Əliyev generalı icra başçısı təyin etdi

TOPLUM bölməsi

13:48 - 25 İyul 2022

 İlham Əliyev generalı icra başçısı təyin etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vəzifəsindən azad olunub. Digər sərəncamla isə onun yerinə Araz Əhmədov təyin olunub.

Yenipress.az xəbər verir ki, yeni başçı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub. O, xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezidentin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib.

A.Əhmədovun DTX-də son vəzifəsi idarə rəisi olub. 

Xəbər xətti