Ağciyər Xəstəlikləri İnstitutunda yanğın: polislər 40 xəstəni xilas etdi

GÜNDƏM bölməsi

10:53 - 26 Yanvar 2022

 Ağciyər Xəstəlikləri İnstitutunda yanğın: polislər 40 xəstəni xilas etdi

Dünən günorta saatlarında Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanğın baş verib.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, elektrik naqillərində qısaqapanmadan yaranan yanğında xəstələrin həyatı təhlükə altına düşüb. Şahidlər bildirib ki, hadisə zamanı mühafizə polis olmasa, faciə baş verəcəkmiş.

İnstitutda mühafizə işini təşkil edən Daxili İşlər Nazirliyinin Rayon Mühafizə İdarəsinin əməkdaşlarının çevik müdaxiləsi ilə 40-dan artıq xəstə ani çağırışla təxliyə olunub.

Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və polisin birgə səyi nəticəsində ağır xəstələr boğulmadan xilas edilib.

Xəbər xətti