Azərbaycan dünyada korrupsiyaya görə neçənci yerdədir?

GÜNDƏM bölməsi

22:54 - 25 Yanvar 2022

 Azərbaycan dünyada korrupsiyaya görə neçənci yerdədir?

Bugün Beynəlxalq Şəffaflıq Təşkilatı dünya üzrə 2021-ci ilin yekunları üzrə korrupsiya hesabatını açıqlayıb. Azərbaycan yenə də 100 mümkün baldan 30 bal toplayaraq dünyanın 180 ölkəsi arasında 128-ci ən çox korrupsiyalaşmış ölkəsi olub.

Yenipress.az xəbər verir ki, bu sözləri xaricdə yaşayan iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib.

O bildirib ki, Azərbaycan bu nəticə ilə Cibuti, Toqo, Bolivia, Dominikan Respublikası, Kenya, Laos, Paraqva ilə eyni sıradadır.

“Müqayisə üçün qeyd edim ki, Gürcüstan 100 mümkün baldan 55 bal toplayaraq 45-ci, Ermənistan 100 mümkan baldan 49 bal toplayaraq 58-ci, Belarus 100 mümkün baldan 41 bal toplayaraq 82-ci, Qazaxıstan 100 mümkün baldan 37 bal toplayaraq 102-ci, Moldova 100 mümkün baldan 36 bal toplayaraq 105-ci, Ukrayna 100 mümkün baldan 32 bal toplayaraq 122-ci, Rusiya 100 mümkün baldan 29 bal toplayaraq 136-cı olub. Azərbaycan bal kateqoriyasında əvvəlki mövqedə qalsa da, sıra sayı 180 ölkə arasında 129-dan 128-ci yerə dəyişib. Gürcüstan bal kateqoriyasını 1 pillə yaxşılaşdırsa da, 1 il əvvəlki yerini saxlayıb, Ermənistan bal kateqoriyasını 6, sıra sayını 2 pillə yaxşılaşdırıb”.

Xəbər xətti