Türk ölkələrində ciddi problem – yalnız Azərbaycandan başqa

GÜNDƏM bölməsi

22:21 - 25 Yanvar 2022

 Türk ölkələrində ciddi problem – yalnız Azərbaycandan başqa

Qazaxıstan, Qırğızıstan və Özbəkistanda elektrik enerjisində yaranan çətinlik, Türkiyədə isə İrandan idxal olunan qazın kəsilməsi ilə baş verən böhrana rusiyalı ekspert Oleq Kuznetsov fərqli baxış sərgiləyib.

Yenipress.az xəbər verir ki, o, Orta Asiyanın türk dövlətlərində elektrik enerjisinin kəsilməsini, Türkiyədə isə İrandan daxil olan qazın dayandırılması ilə sənaye istehsalında azalmanı və 40 faiz civarında inflyasiya gözləntisi haqda informasiyanı xatırladaraq, Türk Dövlətləri Təşkilatının üzvü olan yalnız Azərbaycanda vəziyyətin normal olduğunu bildirib.

“Türk Dövlətləri Təşkilatındakı ölkələrdən yalnız Azərbaycan hələlik stabillik adasıdır. Məni türkofobiyada günahlandırmaq və tənqid etmək lazım deyil – real faktlarla mübahisə etmək olmur”, - O.Kuznetsov qeyd edib.

Qeyd edək ki, Qazaxıstanda magistral elektrik xəttində baş verən qəza nəticəsində Qazaxıstan da daxil olmaqla, Qırğızıstan və Özbəkistanda elektrik enerjisi əhəmiyyətli dərəcədə kəsilib. Hətta paytaxt şəhərlərdə metroların fəaliyyəti dayanıb.

Xəbər xətti