Bakıda bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.
Yenipress.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb.
“Mənim həyatımda bir tək ayı çatışmırdı... Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur-red.) setkasına cumur, yaxınlaşanlara hücum edirdi..." - deyə o bildirib..