Dünya COVİD-19-dan qurtulur: Danimarka da bütün məhdudiyyətləri ləğv etdi

GÜNDƏM bölməsi

22:09 - 25 Yanvar 2022

 Dünya COVİD-19-dan qurtulur: Danimarka da bütün məhdudiyyətləri ləğv etdi

Britaniyadan sonra Danimarka da yanvarın 31-dən bütün kovid məhdudiyyətlərini, o cümlədən kovid-pasportların tədbiqi kimi insan haqları tapdalayan, mənasız qərarları ləğv edir. Dünya virusa münasibətini dəyişir, xəstəliklə birgə yaşamağa öyrənir.

Yenipress.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən ekspert Natiq Cəfərli Britaniya və Danimarkanın qərarının doğru olduğunu bildirib.

“Bu gün bizdə bəzi saytlar yoluxmanın artması ilə bağlı "tık" xatirinə "qışqıran" başlıqlar atırlar. Etməyin belə, yoluxma artır, sağalanlar da artır, yoluxanlar daha yüngül keçirir, tez də sağalır. Günümüzün norması budur, ümumiyyətlə panikanı kənara qoyub, virusa münasibəti dəyişib, normal həyata geri dönmək vaxtıdır...”

Xəbər xətti