Məktəblilərin qış tətili ləğv edildi

GÜNDƏM bölməsi

08:00 - 25 Yanvar 2022

 Məktəblilərin qış tətili ləğv edildi

2021-2022-ci tədris ili üçün məktəblilərin qış tətilində dəyişiklik edilib.

Yenipress.az xəbər verir ki, dəyişiklik tədris ilinin başlanmasının gecikməsi ilə bağlıdır. Belə ki, pandemiyaya görə ibtidai siniflər 22 sentyabrdan, yuxarı siniflər isə 29 sentyabrdan tədrisə başlayıblar. Bu səbəbdən tədris proqramında gecikmə olmaması üçün qış tətili azaldılıb və yaxud ləğv edilib.

Beləliklə, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai siniflər (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə (29 və 30 yanvar şənbə və bazar günləridir) 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir.

Yuxarı siniflər (V-XI) üzrə qış tətili isə ləğv edilib. Belə ki, yuxarı siniflər üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə yalnız 29 yanvar qış tətilidir.

Xəbər xətti