İqtisadiyyat müharibə qoxusu alıb - Təki yanılmış olaydım...

İQTİSADİYYAT bölməsi

22:13 - 24 Yanvar 2022

 İqtisadiyyat müharibə qoxusu alıb - Təki yanılmış olaydım...

Müharibə "qoxusunu" ən tez və ən yaxşı məhz biznes alır, kapital ürkək ceyran kimidir, azacıq təhlükə hiss edən kimi reaksiya verir, biznes aktivlərini nağdlaşdırır, "cash is king" davranış qaydası işə düşür.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Rusiya-Ukrayna gərginliyi fonunda Rusiyanın iqtisadi itkiləri haqda bildirib.

N.Cəfərli qeyd edib ki, son 2 həftədə Rusiya birjası ciddi dəyər itirib:

“Yalnız bu gün RTSI 8,06%, IMOEX isə 5,96% ucuzlaşıb, dollar bahalaşıb -  hazırdaa 1 dollar 79 rubldur. Ən son belə məzənnə 2020-ci ilin martında, neft qiymətləri çökəndə olmuşdu.

Aparıcı dünya indeksləri də ucuzlaşır: NASDAQ bu gün 3,63%, Dow Jones 2,58% azalıb, son həftələrdə bu indekslər 10-15% dəyər itiriblər.

Mənasız aktiv olan bitkoin də ciddi dəyər itirib, indi 33 minə düşüb - yəni, bir tək qızıldan başqa bütün aktivlər, səhmlər ucuzlaşır”.

İqtisadçının finrincə, əgər biznes "cash is king" davranışına keçirsə, müharibələr zamanı ən güvənli liman olan qızıl bahalaşırsa, deməli, dünya iqtisadiyyatı müharibəni artıq "satın alıb":

“Arzu edərdim ki, yanılım, amma bu gedişat yaxşı heç nə vəd etmir...”

Xəbər xətti