Polis idarəsinin həyətində idmançının əşyaları oğurlandı - DİN-dən açıqlama

GÜNDƏM bölməsi

15:48 - 24 Yanvar 2022

 Polis idarəsinin həyətində idmançının əşyaları oğurlandı - DİN-dən açıqlama

Gözəl Zutovaya məxsuz əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı Şəhər Baş polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır:

"Bu barədə Gözəl Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb".

Qeyd edək ki, G.Zutova bir neçə idman növü üzrə Azərbaycanı təmsil edib.

Xatırladaq ki, idmançı Bakupost.az-a açıqlamasında hadisənin Baş Dövlət Yol Polisi İdarəsinin həyətində baş verdiyini bildirmişdi.

Xəbər xətti