Məmurlar biznesdən çəkilsin, yanacaq ucuzlaşsın – Xilas yolu

İQTİSADİYYAT bölməsi

09:00 - 22 Yanvar 2022

 Məmurlar biznesdən çəkilsin, yanacaq ucuzlaşsın – Xilas yolu

Hazırda ölkədə hamını narahat edən məsələ az qala hər gün bahalaşan qiymətlərdir.

Yenipress.az xəbər verir ki, hökumət vaxtaşırı olaraq “süni qiymət artımının” qarşısının alınması barədə çağırışlar etsə də, bahalaşma sürətlə davam edir. Bu isə getdikcə insanları daha möhtac vəziyyətə salır.

İqtisadçı ekspert Natiq Cəfərli qiymət artımının dayandırılması üçün aşağıdakı təklifləri səsləndirib:

1. Hökumət tənzimlənən qiymətləri, dizel yanacağı, benzin, su, elektrik və qazın qiymətini 20% endirir;

2. Ölkədə istehsalı olmayan və ya çox az olan məhsullara, yəni ərzaq və dərmanlara tədbiq etdiyi gömrük rüsumlarını sıfırlayır, ƏDV-ni isə kəskin azaldaraq 5%-ə çəkir;

3. Ölkədə inhisarçılığın qarşısı alınır, Rəqabət Məcəlləsi qəbul edilir, məmurlar biznesdən rədd olur;

4. Aqrar və iqtisadiyyatın digər sahələrində orta/kiçik sahibkarlar üçün ucuz və uzunmüddətli kreditlərin verilməsi üçün Dövlət İnvestisiya Bankı yaradılır, bu bank ancaq aqrar sektora və kiçik/orta biznesə minimum 3 illik, maksimum 5%-lə kreditlər verir.

Ekspert bildirib ki, paralel olaraq idarəetmə islahatları da aparılmalı, yeni Konstitutsiya qəbul edilməlidir. Bütün bunlardan sonra inflyasiyanı cilovlamaq mümkün ola bilər:

“Hökumət isə 2 həftədən sonra çıxıb əsl sovet ənənələrinə uyğun deyəcək ki, süni qiymət artımı ilə mübarizə aparacağıq, bir də, çox güman, Mərkəzi Bank uçot dərəcəsini artıracaq, bu da inflyasiyaya təsir etməsə də, bank kreditlərini yenə bahalaşdıracaq”.

Xəbər xətti