Əhali niyə manatın ucuzlaşacağından təlaşlanır?

İQTİSADİYYAT bölməsi

14:58 - 14 Yanvar 2022

 Əhali niyə manatın ucuzlaşacağından təlaşlanır?

Devalvasiya siyasi qərarla olacaq, amma bu, günün birində mütləq baş verəcək.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli son iqtisadi-siyasi proseslərlə bağlı geniş şərhində qeyd edib.

Onun sözlərinə görə, hazırda manatın məzənnəsi neft qiymətləri ilə birbaşa bağlıdır:

“Manat - “kağız neftdir”, arxasında neftdən başqa heç nə dayanmır, nə zaman neft qiymətləri kəskin düşüb aylarla 50 dollardan aşağı olacaqsa, o zaman devalvasiya təhlükəsi yaranacaq.

O ki qaldı devalvasiya ilə bağlı cəmiyyətdə səngiməyən söhbətlərə, təlaşa, bunun səbəbi qonşularda olan məzənnə dəyişiklikləri, əsas da Türkiyədəki vəziyyət, bir də Mərkəzi Bankın yarıtmaz siyasətidir. Mərkəzi Bank qeyri-qanuni olaraq valyuta satışlarına məhdidiyyətlər qoyub ki, bu da ajiotajın yaranmasının əsas səbəblərindən biridir”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda hər vətəndaşa il ərzində yalnız 11.500 dollar almaq limiti var və bu, qanunsuz limitdir.

Xəbər xətti