Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəlmiş investisiyaların real artım tempi ötən ilin eyni dövrünə nisbətən 21,3% olub.
Yenipress.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında yazıb.
Nazir bildirib ki, sözügedən müddət ərzində məhsul istehsalı və xidmət sahələrinə yönəlmiş investisiyaların həcmi müvafiq olaraq 20,8% və 27,4% artıb.