Putinin SSRİ ilə bağlı sözlərinə Ərdoğanın - Reaksiyası

DÜNYA bölməsi

15:24 - 23 Fevral 2022

 Putinin SSRİ ilə bağlı sözlərinə Ərdoğanın - Reaksiyası

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinin SSRİ barədə fikirlərinə münasibət bildirib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Afrika turnesindən qayıdandan sonra danışıb.

“Mən burada türk dövlətlərinin nəzərdə tutulduğuna dair bir ifadə görmürəm. Sözsüz, türk respublikaları da SSRİ-dəki respublikalar sırasında olub. Bu, tarixi gerçəkdir. SSRİ dağılanda digər respublikalar kimi onlar da müstəqilliklərini elan ediblər. Buradan 15 müstəqil dövlət meydana gəlib. Bu da tarixi reallıqdır və hüquqi cəhətdən də qəbul edilib. Rusiya sovet respublikası olaraq yox, Rusiya Federasiyası olaraq yoluna davam edib. Beləliklə, burada türk respublikalarının və ya digər ölkələrin nəzərdə tutulduğunu düşünmək istəmirik”.

Xatırladaq ki, fevralın 21-də Rusiya Prezidenti respublikaların SSRİ-dən ayrılma hüququnu belə şərh edib: “Milliyyətçilik infeksiyasına qarşı dövlət immunitetini sarsıdan mina öz zamanını gözləyirdi. Belə bir mina, yenə deyirəm, SSRİ-dən ayrılmaq hüququ idi”.

Xəbər xətti