Onlar gedəcək, biz isə Azərbaycan Ordusu ilə üz-üzə qalacağıq - Simonyan

SİYASƏT bölməsi

11:55 - 13 Yanvar 2023

 Onlar gedəcək, biz isə Azərbaycan Ordusu ilə üz-üzə qalacağıq - Simonyan

KTMT ya hərəkətə keçməli, ya da mövcud olmadığını elan etməlidir.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, Ermənistan hakimiyyətinin ölkədə KTMT təlimlərinin ləğv etməsini “doğru qərar” adlandırıb. Simonyanın sözlərinə görə, bu təlimlər İrəvan üçün müəyyən təhdidlər yarada bilərdi:

“Onlar hərbi təlimi harada keçirmək istəyirlər? Deyək ki, Cermuk seçilir. Əgər biz hərbi təlimi keçirsək, bu, necə bitəcək? Onlar gələcəklər, keçirəcəklər, iki saat sonra gedəcəklər və biz öz rəqibimiz, eləcə də NATO-nun ikinci ordusu Türkiyə hərbi qüvvəsi ilə üz-üzə qalacağıq”.

Simonyan Moskvadakı elitanın nələrin baş verdiyini çox yaxşı anladığını deyib:

“Onlar bizim çəkingənliyimizi dəyərləndirməlidirlər. Biz ən azından siyasi səviyyədə gərginliyi azaldıb, Laçın yolunu açacaq addımlar gözləyirik. Bizi Fransa, ABŞ ilə yaxşı münasibətlərdə ittiham edirlər, amma bu ölkələrdə heç olmasa ünvanlı bəyanatlar səsləndirilir”.

Xəbər xətti