Vasif Talıbovun imperiyası belə çökdürülür: doğmaları bir-bir…

TOPLUM bölməsi

22:23 - 12 Yanvar 2023

 Vasif Talıbovun imperiyası belə çökdürülür: doğmaları bir-bir…

Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefaya göndəriləndən sonra onun ətrafı da təmizlənir.

Yenipress.az xəbər verir ki, yalnız öz ailə üzvləri və doğmaları arasında vəzifədən çıxarılmalar bu şəkildə davam edir:

- qızı Baharxanım Talıbova “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasındakı üzvlüyündən çıxarıldı;

- oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektor vəzifəsindən uzaqlaşdırıldı;

- qardaşı Məhərrəm Talıbov Naxçıvan prokurorunun müavini vəzifəsindən azad edildi;

- qayınanası Sənifə Sultanova Naxçıvanın VVADQ idarəsinin rəhbəri vəzifəsindən azad edildi;

- oğlu Rza Talıbovun Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsindən uzunmüddətli məzuniyyətə göndərildi. Onun vəzifəsinin başına geri dönəcəyi çox mübahisəlidir.

Bundan başqa, Vasif Talıbova bağlı olan şirkətlər, o cümlədən “Nəqşicahan Holdinq”də əl dəyişməsi həyata keçirilir.

V.Talıbovun xüsusilə ərəb ölkələrində olan əmlaklarını satdığı da gündəmdədir.

Yenipress.az

Xəbər xətti