İranı dayandırmaq üçün sərt addımlar atılmalıdır – Millət vəkili

GÜNDƏM bölməsi

14:32 - 9 Yanvar 2023

 İranı dayandırmaq üçün sərt addımlar atılmalıdır – Millət vəkili

İranda davam edən etirazlara rejim sərt tədbilər sərgiləyir. Etirazçıları edam etməklə xalqın gözünü qorxutmaq istəyir. Dünya ölkələri isə bu edamları “iyrənc” adlandırır, İranı dayandırmaq üçün sərt addımlara ehtiyac olduğunu bildirir.

Bu sözləri Yenipress.az-a millət vəkili Fazil Mustafa İrandakı vəziyyətlə bağlı danışakərn deyib.

Onun sözlərinə görə, bəzi ölkələrin səfirlərini geri çağırması heç bir nəticə verməyəcək:

“İran kimi qapalı ölkədə hadisələri yaxından izləmək vacibdir. Müşahidə etmək, onlara bilavasitə reaksiya vermək lazımdır. Bu baxımdan səfirliklərin İrandan çıxarılması doğru olmazdı. Sadəcə, edamların dayandırılması üçün dünya, xüsusilə də Avropa ikiüzlü siyasətindən əl çəkməli, insan haqları məsələsində İrana güzəşt etməməlidir. Hazırkı hakimiyyət güclü olduğu görüntüsü yaratmaq üçün bu edamları təşkil edir. Lakin rejim iqtisadi və siyasi çəhətdən problemlər yaşayır. Bu isə onların son çırpıntısıdır. Soydaşlarımızın və digər vətəndaşların hüquqları təmin olunmalıdır”.

Xəbər xətti