Təbrizdə Azərbaycan Universitetinin yaradıldığı gün

GÜNDƏM bölməsi

13:39 - 30 Dekabr 2022

 Təbrizdə Azərbaycan Universitetinin yaradıldığı gün

77 il öncə bu gün Təbrizdə Azərbaycan Universiteti yaradıldı.

1945-ci il dekabrın 30-da Azərbaycan Milli Məclisi 4 maddədən ibarət qərar qəbul edərək Azərbaycan Universitetinin yaradılmasını milli hökumətə tapşırdı.

Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvərinin tapışırığına görə, Azərbaycanın gömrük gəlirlərinin 25%-i bu universitetə ​​ayrılıb. Bu aylıq məbləğ 100-120 min tümən arasında hesablanıb. Milli Hökumət universitetə ​​hər il bir milyon yarım tümən pul ayırmağı qərara alıb. Azərbaycan Universitetinin ilk rektoru doktor Nüsrətullah Cahanşahlı təyin edilib.

1946-cı il iyunun 12-də indiki Təbriz Universitetinin təməl daşı milli hökumətin başçısı Mir Cəfər Pişəvəri tərəfindən qoyulub.

Milli hökumətin süqutundan sonra Azərbaycan Universiteti bir neçə il fəaliyyətini dayandırmalı olub. Yenidən fəaliyyətə başladıqda isə universitetin adı "Daneşqah-e Azərabadeqan"a dəyişdirildi.

İranda 1979-cu ildə mollalar hakimiyyəti ələ aldıqdan sonra universitet 5 il müddətinə növbəti dəfə fəaliyyətini dayandırdı və fəaliyyətə başladıqda Daneşqah-i Təbriz (Təbriz Universiteti) adlandırıldı.

Yenipress.az

Xəbər xətti