Rusiya sülhməramlıları Azərbaycanla danışıqlar aparır

GÜNDƏM bölməsi

22:42 - 28 Dekabr 2022

 Rusiya sülhməramlıları Azərbaycanla danışıqlar aparır

Rusiya sülhməramlı komandanlığı Azərbaycan və Ermənistan tərəfi ilə Laçın yolunun açılması üçün danışıqları davam etdirir.

Yenipress.az xəbər verir ki, bu barədə Rusiya MN-in gündəlik bülletenində məlumat yayılıb.

Bildirilib ki, Xocavənd, keçmiş Ağdərə və Şuşa rayonlarında patrul xidməti həyata keçirilib.

“Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir”, - məlumatda qeyd edilib.

Yenipress.az

Xəbər xətti