Erməni mediası Bayramovun bu çıxışına isterik reaksiya verdi

GÜNDƏM bölməsi

23:51 - 27 Dekabr 2022

 Erməni mediası Bayramovun bu çıxışına isterik reaksiya verdi

Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir.

Yenipress.az xəbər verir ki, bu barədə dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildir ki, sərhədlər müəyyənləşməyib. Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub.

"Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib”, - deyə o nazir əlavə edib.

Qeyd edək ki, C.Bayramovun bu çıxışına erməni mediası isterik reaksiya verib. Halbuki bu tələb ilk dəfə səslənmir.

Yenipress.az

Xəbər xətti