Ərdoğan elan etdi: 30 km-lik təhlükəsizlik zonası yaradacağıq

GÜNDƏM bölməsi

22:05 - 26 Dekabr 2022

 Ərdoğan elan etdi: 30 km-lik təhlükəsizlik zonası yaradacağıq

Türkiyə 2023-cü ildə Suriya ilə sərhəddə 30 km dərinlikdə təhlükəsizlik zonası yaratmaq istiqamətində ciddi addımlar atacaq.

Yenipress.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyadan ölkəmizə qarşı təhdidləri tamamilə aradan qaldırmaq üçün 30 km-lik təhlükəsizlik xəttimizdəki boşluqları aradan qaldırmaq istiqamətində yeni addımlar atacağıq”, - Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Xəbər xətti