Prezidentin yüksək vəzifə verdiyi zabit kimdir?

TOPLUM bölməsi

13:08 - 22 Dekabr 2022

 Prezidentin yüksək vəzifə verdiyi zabit kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adil Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərərək, mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Yenipress.az xəbər verir ki, Adil Kərimli 22 oktyabr 1979- cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin bakalvr pilləsini bitirib. 2001-ci ildə Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisaslaşması üzrə magistratura pilləsini bitirərək hüquq magistri elmi dərəcəsi alıb.

2007-ci ilin may ayında Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dissertantı olaraq “Qəsdən adam öldürmə cinayətlərinin tövsifində motivin yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

Ehityatda olan zabitdir.

Evlidir.

Xəbər xətti