Günəşli atəşə tutulub? - MN məlumat yaydı

SİYASƏT bölməsi

09:52 - 20 Dekabr 2022

 Günəşli atəşə tutulub? - MN məlumat yaydı

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Yenipress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.

Xəbər xətti