Rus sülhməramlılar azərbaycanlı fəallara vaxt verdi? – “Baqramyan” yazır

GÜNDƏM bölməsi

23:16 - 12 Dekabr 2022

 Rus sülhməramlılar azərbaycanlı fəallara vaxt verdi? – “Baqramyan” yazır

Rusiya sülhməramlıları Laçın dəhlizini bağlayan azərbaycanlılara sabah günün ikinci yarısına qədər vaxt verib. Əks halda sülhməramlılar güc tətbiq etməklə yolu açıb, nəqliyyatın hərəkətini bərpa edəcəklər.

Yenipress.az xəbər verir ki, belə bir iddianı “Baqramyan26” (Ermənistan hökumətinin İrəvanda yerləşdiyi binanın ünvanı – red.) erməni Teleqram kanalı “Qarabağdakı mənbələrə istinadla” yazıb.

Həmçinin bildirilib ki, rus sülhməramlılar bu barədə Xankəndidə meydana toplaşan erməni icmasına dolayısı eyham ediblər və bildiriblər ki, ermənilər Şuşa-Xankəndi yolunda aksiya keçirilən ərazidən uzaq durmalıdırlar.

Yenipress.az

Xəbər xətti