Berlində mühacir Orxan Ağayevi döydülər

TOPLUM bölməsi

00:49 - 22 Noyabr 2022

 Berlində mühacir Orxan Ağayevi döydülər

Berlində mühacir Orqan Ağayevə hücum olub.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, Ağayevə yaşadığı evdən çıxarkən, küçədə iki nəfər naməlum şəxs hücum edib.

Hücum edənlər onu yerə yıxaraq, döyüblər. Səs-küyə Ağayevin xanımı çıxıb və yardım çağırıb. Bundan sonra hücum edənlər qaçıblar.

O.Ağayevin xəsarətləri barədə məlumat verilməyib.

Qeyd edək ki, O.Ağayev Azərbaycan hakimiyyətini etikadankənar sözlərlə təhqir edənlər qrupundandır.

Xəbər xətti