Çingiz Abdullayev: 2 tanınmış şəxs mənə dedi ki, sən insanları aldadırsan - Video

TOPLUM bölməsi

15:21 - 21 Noyabr 2022

 Çingiz Abdullayev: 2 tanınmış şəxs mənə dedi ki, sən insanları aldadırsan - Video

20-ci əsrdə yazılan kitablar hamısı detektiv janrlı olub. Azərbaycanda mənim 2 tanınmış oxucum olub. Rejissor Rasim Ocaqov və bəstəkar Emin Sabitoğlu... Onlar ikisi də mənə deyirlər ki, sən insanları aldadırsan.

Yenipress.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev deyib. Real TV-də yayımlanan "Göstərir Radio" verilişinə qonaq olan yazıçı detektiv janrlı əsərlərdən danışıb. Abdullayev əslində yazıçıların detektivdən deyil də, insanlardan yazdığını bildirib:

"Dedilər ki, əslində sənin bir dənə də olsa detektiv janrlı kitabın yoxdur. Sən deyirsən ki, bu detektiv janrlıdır, amma elə deyil. Sən insanlardan yazırsan. Fransızlar, norveçlilər, latviyalılar da belə yazırlar. Detektiv kimi təqdim edilən kitablarda əslində insanlardan yazırlar".

Xəbər xətti