Bakıda qadın sürücü adam öldürdü

TOPLUM bölməsi

14:28 - 21 Noyabr 2022

 Bakıda qadın sürücü adam öldürdü

Bakıda qadın sürücü avtomobillə həmcinsini vuraraq öldürüb.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə u gün saat 12 radələrində paytaxtın Suraxanı rayonu, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi “Şevrolet” markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

Sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti