Ramiz Mehdiyev YAP-ın yubiley tədbirinə qatılmadı

TOPLUM bölməsi

10:41 - 21 Noyabr 2022

 Ramiz Mehdiyev YAP-ın yubiley tədbirinə qatılmadı

Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.

Yenipress.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirinə YAP üzvləri və müxalif partiyaların sədrləri də qatılıblar.

Yubiley tədbirinə gələnlər arasında Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev görünməyib.

Qeyd edək ki, R. Mehdiyev 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Xəbər xətti