"Yarasa"nın zabiti faciəvi şəkildə həlak oldu

TOPLUM bölməsi

22:30 - 19 Noyabr 2022

İsmayıllıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Yenipress.az-a verilən məlumata görə, hadisə bugün axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu da müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məlumata görə M.Əhmədov "Yarasa" Xüsusi Təyinatlı Dəstənin zabitidir.

Allah rəhmət eləsin!

Xəbər xətti