Bakıda zoomağazadan səkkiz tutuquşu oğurlandı

TOPLUM bölməsi

12:51 - 19 Noyabr 2022

 Bakıda zoomağazadan səkkiz tutuquşu oğurlandı

Bakıda zoomağazadan səkkiz tutuquşu oğurlanıb.

Bu barədə Yenipress.az-a Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə ərazisindən “Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.

Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki  zoomağazaların birindən 1000 manat dəyərində səkkiz ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.

Xəbər xətti