Qubad İbadoğlu Feyziyevi Baş Prokurorluğa şikayət etdi

SİYASƏT bölməsi

22:09 - 6 Fevral 2022

 Qubad İbadoğlu Feyziyevi Baş Prokurorluğa şikayət etdi

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu deputat Cavanşir Feyziyev barəsində Baş Prokurorluğa müraciət edib.

Yenipress.az xəbər verir ki, bu haqda Q.İbadoğlu özü məlumat paylaşıb.

O bildirib ki, Londonun Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15,3 milyon funt sterlinq vəsaitin 5,63 (13 milyon AZN) milyon funt-sterlinqi çirkli pul hesab edilərək müsadirə ediləndən sonra bu haqda yazdığı üçün C.Feyziyevin təhqirinə və böhtanına məruz qalıb.

“Cavanşır Feyziyevin əməlinin AR CM-nin 147 (Böhtan), 148 (Təhqir) maddələri ilə cinayət məsuliyyəti yaratdığını nəzərə alaraq, hüquqi qiymət vermək üçün Baş Prokurorluğa, siyasi qiymət vermək üçün isə Milli Məclisin İntizam Komissiyasına rəsmi müraciət göndərmişəm, cavab gözləyirəm”, - Q.İbadoğlu bildirib.

Xəbər xətti