Günel Tiktokdan qazandığı pulu açıqladı - Şok məbləğ

MAQAZİN bölməsi

22:56 - 2 İyul 2022

 Günel Tiktokdan qazandığı pulu açıqladı - Şok məbləğ

Şou-biznesdə “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova Tiktok platformasından gələn qazancını açıqlayıb. 

Yenipress.az xəbər verir ki, müğənni bu barədə MTV-də yayımlanan “MTV maqazin” verilişinə müsahibəsi zamanı danışıb.

Tiktok platformasından aktiv formada istifadə edən Günel canlı yayımlar sayəsində xeyli gəlir əldə etdiyini də etiraf edib.

Tiktokda açdığım canlı yayımlardan 7 000-10 000 manat arası pul qazanıram. Həftəyə 15 000 manat pul qazanmaq kimi bir şey yoxdur. Bu, yalandır. O dediyim rəqəmi də bir həftə yox, haradasa on beş günə qazanıram”, - deyə Ələkbərova əlavə edib.

Qeyd edək ki, bir müddət öncə aktrisa Pərvin Abıyeva Tiktokda bir aya 36 000 dollar pul qazanıram” açıqlaması ilə gündəm olmuşdu. 

Xəbər xətti