Bu qız xalq artistini erotik videolarla şantaj etdi - Foto

MAQAZİN bölməsi

15:32 - 1 İyul 2022

 Bu qız xalq artistini erotik videolarla şantaj etdi - Foto

Xalq artisti Kazım Abdullayev şantajla hədələnib.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktyor sosial şəbəkə hesabında məlumat paylaşıb.

K.Abdullayev erotik videolarla şantaj edildiyini bildirib:

“Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma, nə də statusuma yaraşan bir işdir! Hamınız məni gözəl tanıyırsınız. Bu ağır vaxtımda, qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər. Əgər pul verməsəm, dostlarıma videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən sosial şəbəkə hesablarımı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm, bu işdə mənə yardım etsinlər”.

Xəbər xətti