Zaur cənublu müğənnini efirdən buna görə qovubmuş - Səbəbini özü açıqladı

MAQAZİN bölməsi

17:51 - 30 İyun 2022

 Zaur cənublu müğənnini efirdən buna görə qovubmuş - Səbəbini özü açıqladı

Müğənni Afşin Azərini efirdən çıxaran Zaur Kamal açıqlama verib.

Yenipress.az Azxəbər.com-a istinadən xəbər verir ki, dünən "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb. Proqramın aparıcısı Zaur Kamal və iranlı müğənni Afşin Azərin arasında mübahisə yaranıb.

Afşin Azərini efirdən çıxaran Zaur Kamal reklam arasından sonra hadisə ilə bağlı açıqlama verib.

Aparıcı bildirib ki, gələn qonaq özünü qonaq kimi aparmalıdır:

"Günah məndədir, günahı yalnız özümdə görürəm. Başqa heç kimdə günah yoxdur. Bayaq elə Afşinin özü ilə danışanda da o dedi ki, Zaur, sən bəzi müğənniləri dağ başına qaldırırsan. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə hörmətim sonsuz olub. Afşin efir başlamamış dəhlizdə o biri müğənniləri niyə çağırdığımı soruşurdu. Mənə bildirdi ki, onlara orada sevgi yoxdur, onları sevən yoxdur. Mən də ona bildirdim ki, bunu aparıcı olaraq mən bilərəm. Yaxşı səsi olan müğənnilər bizim efirdə hər zaman iştirak edib. Yenə də İrandan gözəl səsi olan varsa, canla-başla mən efirə dəvət etməyə hazıram. Mənə deyirdi ki, onlarla məni eyni tərəziyə qoyma. Sən qonaqsan, əyləş və özünü qonaq kimi apar”.

Xəbər xətti