Audivizual Şura Zaura haqq qazandırdı - Video

MAQAZİN bölməsi

14:28 - 30 İyun 2022

 Audivizual Şura Zaura haqq qazandırdı - Video

Ötən gün ARB telekanalında Zaur Kamalın müəllifi olduğu "Həmin Zaur" verilişində əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovması əksər izləyicilərin etirazına səbəb olub.

Yenipress.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Audivizual Şuranın aparat rəhbəri Fazil Novruzov hesab edir ki, burada qanun pozuntusu faktı yoxdur.

“Bu aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur. Əgər qanun pozuntusu olsaydı, monitorinq qrupumuz onu qeydə alıb, bizə bildirərdi. Həmin məqam cəmiyyətin narazılığına səbəb ola bilər, amma istənilən halda burada norma xaricində bir şey yoxdur”, - deyə Aparat rəhbəri müzakirələrə səbəb olan olaya münasibət bildirib.

Qeyd edək ki, ARB telekanalının mətbuat katibi Mail Əsgərov məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Xəbər xətti