Anar Ağakişiyev işdən çıxarılan sürücü ilə bağlı müraciət etdi

MAQAZİN bölməsi

12:00 - 30 İyun 2022

 Anar Ağakişiyev işdən çıxarılan sürücü ilə bağlı müraciət etdi

Ötən gün Sumqayıtda avtobus sürücüsünə hücum edən qadın və sürücünün təpiklə vuraraq avtobusdan onu itələməsi müzakirələrə səbəb olub. Bir neçə saatdan sonra isə sürücünün işdən çıxarılması xəbəri yayılıb.

Yenipress.az xəbər verir ki, məsələyə sosial şəbəkədə hərə bir cür fikir bildirib. Stilist Anar Ağakişiyev də bununla bağlı videoaçıqlama yayıb. O bildirib ki, sürücünün bu hadisədə heç bir günahı yoxdur və o, işə geri götürülməlidir:

"Mənə aiddiyatı yoxdur, amma üzülürəm bunları görəndə. Üzümü nəqliyyat agentliyinə tuturam: Çox xahiş edirəm, sürücünü işdən çıxartmasınlar. Gəlin, əvvəl biz sərnişinlərə dayanacaq mədəniyyətini öyrədək. Möhtəşəm dayancaq açıldı, iki gün sonra içində meyvə satıldı. Əgər dayancaq yeri varsa, sürücü niyə kənarda saxlamalıdır? Mədəniyyətsiz qadın niyə çanta ilə sürücünü vurmalıdır? Onu işə geri alın, niyə işdən qovulmalıdır? O da sürücü adamdır, beş manat üçün evdən çıxıb. Sərnişinlər nə yol, nə dayancaq, nə dayancaqdan istifadə etmə mədəniyyəti bilir. Bir video çarx hazırlayın və dayanacaq mədəniyyətini nümayiş etdirin. Sovet dövrü getdi, alabaş avtobuslar harada lazımdır saxlayırdı. Getdi o vaxt. İndi dayancaq mədəniyyəti var, ictimai nəqliyyatdan istifadə etmə mədəniyyəti var. Əgər mədəniyyətsizlər istifadə edə bilmirsə, sürücü nə etsin? Kolbasa, diş məcunu necə reklam edilir, onlar da edilsin". 

Xəbər xətti